11.01.2022
20:45
339

Bu pensiyaçılara 600-700 manat ödəniləcək

Loading...

Azərbaycanda ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı məlum olub.


QLOBAL.NET "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev məlumat verib.


Onun sözlərinə görə, 800 nəfərin pensiyasına ali təhsilin staja daxil edilməsi həyata keçirilib: "Həmin şəxslərin əmək pensiyası aylıq olaraq 20-25 manat artıb. Bu şəxslərin hər birinə də keçmiş dövr üzrə 600-700 manat fərq məbləği hesablanıb və hazırda da ödənilir".


DSMF rəsmisi bildirib ki, stajın daxil edilməsi həmin şəxslərin bəzilərinin pensiya hüquqlarını təmin etməyə imkan verir.


Qlobal.net

Loading...