Səyahət etməyi xoşlayırsınızsa və Malayziyaya yollanmağı planlaşdırırsınızsa, çamadanınıza sarı paltar əlavə etməyin.
Qlobal.net xəbər verir ki, Malayziyada sarı rəngin qadağan olunması birbaşa siyasətlə əlaqədardır. 2007-ci ildə xalq, korrupsiyaya bulaşmış o zamankı baş nazirə qarşı Bersih Hərəkatını başladıb. Malay dilində “təmiz” mənasını verən "Bersih", ədalətli və şəffaf seçkilər tələb edən bir hərəkata çevrilib. Etirazçılar bu hərəkatı simvolizə etmək üçün sarı rəngdə geyimlər seçiblər.
Sonrakı illərdə – 2011, 2012 və 2015-ci illərdə böyük etiraz aksiyaları keçirilib. Küçələrə çıxan insanlar sarı köynəklər, baş lentləri taxaraq "Bersih" deyə səslənib. Bu dövrdə bəzi şirkətlər bu hərəkətdən iqtisadi fayda da əldə edib.
O zamankı baş nazir Nəcib Tun Razak sarı rəngi üsyanın və müxalifətin simvolu kimi qəbul edib. O, fərman imzalayaraq üzərində "Bersih" sözü olan hər hansı sarı geyimləri, plakatları və digər materialları qadağan edib.
2018-ci ildə hərəkat iştirakçıları istəklərinə nail oldular – baş nazir seçkidə məğlub oldu və sonradan məhkəmə qarşısına çıxarıldı. Lakin bu, sarı rəng qadağasına təsir etmədi; fərman ləğv edilməmiş qalır.
Bu qayda yalnız malayziyalılara deyil, turistlərə də şamil edilir. Küçədə sarı geyimdə gəzən şəxslər polis tərəfindən saxlanıla, böyük məbləğdə cərimələnə, hətta həbs edilə bilərlər. Əcnəbilər üçün isə bu, deportasiya ilə nəticələnə bilər. Buna görə Malayziyaya gedərkən geyim seçiminizə diqqət yetirmək mütləqdir.