67c68b716bac0202503251113

Bu ölkədə meymunlar üçün festival keçirilir

Tailandın Lopburi şəhərində hər il keçirilən Meymun Bufeti Festivalı ölkənin ən qeyri-adi və əyləncəli tədbirlərindən biridir. 

 

Qlobal.net bildirir ki, festivalın əsas məqsədi həm turistləri cəlb etmək, həm də şəhərin simvolu hesab edilən makaka meymunlarına təşəkkür etməkdir.

 

Bu ənənənin başlanğıcı 1989-cu ilə dayanır. O vaxt yerli sahibkarlar turizmi inkişaf etdirmək üçün maraqlı bir tədbir düşünərək meymunlar üçün böyük bir süfrə açmağa qərar verdilər. Bunu həm şəhərə uğur gətirən bu heyvanlara hörmət əlaməti, həm də turistlər üçün cəlbedici bir şou kimi təqdim etdilər. O vaxtdan bəri festival hər il təşkil olunur və minlərlə insanı cəlb edir.

 

Festival zamanı tonlarla meyvə, tərəvəz və şirniyyat meymunların ixtiyarına verilir. Meymunların yemək uğrunda bir-biriləri ilə yarışması, ətrafdakı insanlarla oynamağa çalışması tədbiri daha da maraqlı edir. Bununla yanaşı, festival şəhərin iqtisadiyyatına da müsbət təsir göstərir, çünki turistlər otellərə, restoranlara və mağazalara böyük gəlir qazandırırlar.

 

Meymun Büfeti Festivalı hər il noyabr ayının son bazar günü keçirilir.

 

Səbinə

Qlobal.net

04.03.2025 17:55
show 14