Misirdə üsyandan təlaşlanan və İsraillə masa arxasında oturmağa hazırlaşan Misir prezidenti Sisinin qorxusu gerçəkləşib. Belə ki, insanlar küçələrə çıxaraq etiraz aksiyalarına başlayıblar.
Qlobal.net xəbər verir ki, ölkədə gərginlik 8-9 dekabr və ondan sonrakı günlərdə Suriyada Əsəd rejimin süqutunu qeyd edən nümayişlərə qadağanın qoyulması ilə başlayıb. Müxalifət qüvvələrinin Dəməşqə daxil olduğu anda Qahirənin müxtəlif yerlərində suriyalı qaçqınlar (təxminən 200 min suriyalı Misirdə qaçqın kimi yaşayır) və onlara dəstək verən Misir vətəndaşları nümayişlər keçiriblər. Aksiyada nəzarətə alınan 30 suriyalı haqqında deportasiya qərarı verilib.
Misir xalqı ölkə administrasiyasının Qəzza hadisələri ilə bağlı sərgilədiyi siyasətdən narazıdır. Qahirədə xalqın rejimə qarşı küçələrə çıxması xəbəri dünyaya əsasən sosial media vasitəsilə çatıb. Rəsmi qaynaqlar isə sosial mediada yayılan xəbərlərin yalan olduğunu və Suriyadakı hadisələri əks etdirmədiyini vurğulayırlar.
Qeyd edək ki, Suriyadakı proseslər Tehran və Tel-Əvivlə yanaşı, Misir və Ərəb Liqasına daxil olan digər ölkələr tərəfindən narahatlıqla izlənilir. Çünki Suriya olaylarının "Ərəb baharı"na yol aça biləcəyi təhlükəsi mövcuddur.
Yerli media mənbələri küçələrə çıxan insanların dözülməz hala gələn iqtisadi çətinlikləri ön planda tutan şüarlar səsləndirdiyini vurğulayır. /Publika.az