19.09.2020
13:48

Bu ölkə Bakıya uçuşları bərpa etdi

Ukraynanın Beynəlxalq Hava Yolları aviaşirkəti oktyabrın 1-dən etibarən Kiyevdən 5 beynəlxalq reys işə salacaq.

Həmin tarixdən başlayaraq Kiyevdən Brüssel, Düsseldorf, London, Praqa və Bakıya uçuşlar həyata keçiriləcək.

Sentyabrın 16-dan başlayaraq sərnişinlər aldıqları bileti uçuş baş tutan tarixədək ödənişsiz şəkildə dəyişdirə bilərlər.

Bundan başqa, şirkət Bakı da daxil olmaqla bir neçə istiqamətdə tranzit uçuşların keçirilməsini təklif edib./Trend

Loading...