Yeni bir araşdırmaya görə, endometrioz kimi bəzi ginekoloji vəziyyətlər
daha yüksək ürək xəstəliyi riski və beyinə təsir edən digər xəstəliklərlə əlaqələndirilə
bilər.
Qlobal.net bildirir ki, tədqiqatçılar endometrioz, polikistik yumurtalıq sindromu
(PCOS), ağrılı menstrual dövrlər (dismenoreya) və qeyri-müntəzəm menstrual
dövrlər kimi ginekoloji pozğunluqları araşdıran 3 milyondan çox insanı əhatə edən
28 araşdırma başlatdılar.
Tədqiqatın müəllifi, Mathew Leonardi “Biz ginekoloji vəziyyətlərin ürək-damar
xəstəlikləri ilə mümkün əlaqəsini araşdırmaq istədik, çünki ürək xəstəliyi
dünyada bir nömrəli ölüm səbəbi olaraq qalır. Bu şərtləri olan şəxslərin daha
yüksək risk altında olub-olmadığını başa düşmək profilaktik sağlamlıq
strategiyalarının vacib hissəsidir" dedi.
“Heart” jurnalında dərc edilən tapıntılara görə, ən azı bir ginekoloji vəziyyəti
olan insanlarda ürək-damar və ya serebrovaskulyar xəstəlik riski yüzdə 28 daha yüksəkdir.
Serebrovaskulyar xəstəliklərə beyinə qan axını təsir edən sağlamlıq problemləri
daxildir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək xəstəlikləri və
insult kimi ürək-damar xəstəlikləri qlobal miqyasda ölümün əsas səbəbidir.
Araşdırmalara görə bu xəstəlik qadınlar arasında ölüm hallarının 43
faizini, kişilər arasında isə 36 faiz təşkil edir.
Xüsusilə də uzun müddətli hormonal terapiyada olan və ya əməliyyat keçirən
şəxslər daha tez-tez və ya daha erkən müayinələrdən keçməli olduğunu deyən
Leonardi, müntəzəm məşq, balanslaşdırılmış qidalanma və stressin idarə edilməsi
kimi ürək sağlamlığı vərdişlərindən də bəhs etdi.
"Həkimlər ürək-damar riskinin qiymətləndirilməsi və qarşısının
alınması strategiyalarını gündəlik ginekoloji qayğıya daxil etməklə qeyri-bədxassəli
ginekoloji xəstəlikləri olan qadınların qayğısına daha kompleks
yanaşmalıdırlar" dedi.
Səbinə
Qlobal.net