sevda

“Bu müğənniləri məclislərə gülmək üçün dəvət edirlər” - Sevda

"Trenddə olan mahnılar yutubda, TikTokda dinlənilir. Bəlli olur ki, bu, bayağı musiqidir. Heç kimə deyə bilmərsən ki, bunu oxuyub, internetdə yayma. Bu, mümkün deyil. Müğənni özü bilər. Sən baxma, dinləmə".

Qlobal.net xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə “Afaqla 10lar” verilişində deyib. O, bayağı mahnı ifa edən müğənnilərlə sənətçilərin eyni verilişə dəvət almasından gileylənib: "Amma illərlə Azərbaycan musiqisi düzgün şəkildə ifa edən insanları həmin o bayağı mahnılar oxuyanlarla bir verilişdə görürük. Onu da səni də yni verilişə çağırıb yanbayan əyləşdirilər. Aparıcı onu da səni də eyni şəkildə təqdim edir. Onda insanlar da düşünür ki, bu, yəqin düzgün musiqidir. Axı hamı musiqişünas deyil. Baxan da düşünür ki, bu da yaxşı musiqidir".

S.Ələkbərzadə bildirib ki, bayağı müğənniləri gülmək üçün məclislərə dəvət edirlər: "Arada elə məclislərə elə "ifaçı"ları dəvət edirlər ki... Ay Allah, günahımdan keç. Başa düşürəm ki, onu məclisə gülmək üçün dəvət ediblər. Heç kimin ixtiyarı yoxdur ki, kiməsə gülsün. Bu, düzgün deyil. Dəvət edirsənsə, düzgün dəvət et, ya da etmə. Həmin müğənnilərsə, həqiqətən onlara gülmək üçün məclisə dəvət aldıqlarını bilmirlər".(Axşam.az)

25.02.2025 12:52
show 138