6675332b70b86202406240043
Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI - FOTO

Göyçay rayonu Çaxırlı kənd ümumi orta məktəbin riyaziyyat müəllimi Hüseynov Ramazan Rafiq oğlu iyunun 21-də Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində riyaziyyat fənni üzrə 58 bal toplayıb.

Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. 

O, öz təəssüratlarını bizimlə bölüşüb.

“Çox sevincliyəm və bütün həmkarlarıma bu prosesdə uğurlar arzulayıram. İmtahan çox şəffav keçdi. Düşünürəm ki, suallar çox sadə idi. Sertifikasiya təhsilin inkişafı üçün uğurlu bir addımdır. Ümid edirəm ki, növbəti sertifikasiya imtahanında maksimum nəticə göstərə bilərəm”,- müəllim qeyd edib. (viral.az)

21.06.2024 11:59
show 3846