64c79368ed3a6202307235640
Bu meyvə xərçəngi kökündən BALTALAYIR - 24 saata...

2014-cü ildən bəri aparılan araşdırmalar nəticəsində məlum olub ki, blushwood ("Blaşvud")meyvəsi xərçəng müalicəsinə müsbət cavab verir.

Hazırda test mərhələsində olan dərman xərçəngə tutulmuş Oskar adlı it üzərində sınanılıb.

Məlum olub ki, bu meyvə xərçəng hüceyrələrini məhv edir.

Berghofer Tibbi Araşdırma Mərkəzindən doktor Glenbildirib ki, 4 ildir, aparılan testlər hər keçən müddətdə daha yaxşı nəticələr verir. "Əldə etdiyimiz dərmanı test üçün istifadə etdiyimiz nahiyələrə yeritdik. 5 dəqiqə içərisində iynə tətbiq edilən nahiyədə göyərmə yarandı. 24 saat içərisində isə şişin olduğu yer tamamilə qara rəngə boyandı. Bundan bir neçə gün sonra həmin nahiyə qabıq verməyə başladı. 1,5 həftə içində qabıq öz-özünə qopub düşdü və şiş yoxa çıxdı", - deyə elm adamı bildirib.

Həkimin bu açıqlaması xərçəng xəstəliyindən əziyyət çəkənlərə ümid verib. Belə ki, son nəticələrə görə, dərman xərçəngə tutulmuş heyvanlar üzərində 70 faiz hallarda müsbət nəticələr verir.Yuxarıda adını çəkdiyimiz Oskar adlı it üzərində test edilən heyvanlardan sadəcə biridir. Üzündə şiş olan Oskar bluswood meyvəsindən hazırlanan dərmanla müalicə edilib. (day.az)


31.07.2023 15:06
show 3302