Müğənni Almaz Saraylı açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Qlobal.net olay-a istinadla xəbər verir ki, o, “Həmin Zaur” verilişində bir sıra tanınmışlarla qohum olduğunu bildirib.
Proqramın aparıcısının “Elnarə Xəlilova və Mina Hüseynli ilə qohumluq əlaqələriniz var. Başqa hansı məşhurlarla qohumluğunuz var ki, bundan xəbərimiz yoxdur” sualına Almaz belə cavab verib:
“Brilliant Dadaşova xalamın nəvəsidir. Mərhum bəstəkar Nailə Mirməmmədli isə əmim qızıdır”.
Qeyd edək ki, Almaz Saraylı Mina Hüseyn və Elnarə Xəlilovanın doğma xalasıdır.