
ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı teleaparıcı Saleh Bağırov olub.
Qlobal.net bildirir ki, verilişin aparıcısı Dilarə Əliyeva məşhur aparıcı haqqında maraqlı fakt açıqlayıb:
“Saleh Bağırov korifey sənətkar, böyük aktyorumuz “O olmasın, bu olsun” filmindəki Mirzə Ələkbər Sabir obrazı ilə tanınan Sadıq Saleh Bağırovun nəvəsidir”.
Saleh Bağırov da bu faktı doğrulayıb: “Bəli, doğrudur. Adım da babamın adının ikinci hissəsindən götürülüb. Sadıq məndən böyük əmim oğluna qoyulub, Saleh adı isə mənə verilib”.
