bahalaşma

Bu məhsulların qiyməti artacaq - XƏBƏRDARLIQ

İlin əvvəlindən başlayan infliyasiya dalğası hələ də davam edir. Ümumən iqtisadi infliyasiya bütün dünyada müşahidə olunur. Bunun olması isə başda təməl ərzaq malları olmaqla, bir çox məhsulların qiymətinin kəskin bahalaşmasına səbəb olur. Bəs görəsən, bu ilin sonuna doğru infliyasiya göstəricilərində eniş müşahidə olunacaqmı? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırki şəraitdə infliyasiyanın qarşısını almaq qeyri-mümkündür: "İndiki şəraitdə infliyasiyanın qarşısının alınması mümkün deyil. Çünki ölkədə iqtisadi aktivlik olduqca düşüb. Əsas aktivlik işğaldan azad edilmiş zonalarda cəmlənib. Amma eyni zamanda dövlət insanların sosial təminatı üçün pensiya və digər müavinətlər qaldırsa da, bunun müqabilində kifayət qədər məhsul yoxdur. Buna görə də qiymət artımı qaçınılmazdır. Yəni indiki vəziyyət belə də davam edəcək". 

Ekspert bu tendensiyanın bütün dünyada davam etdiyini və bu səbəbdən idxal məhsullarının olduqca bahalaşdığını diqqətə çatdırıb: "Ölkədə sahibkarlıq və investisiya üçün əlverişli şəraitin olmaması gələcək illərin daha da ağır keçməsini göstərir. Biz məhsulları, malları xaricdən almaq yerinə, daxili istehsala diqqət ayırmalıyıq. Əsas məsələ odur ki, hazırda infliyasiya bütün dünyada getməkdədir. Xaricdən gələn malların da qiyməti bu səbəbdən artır. Biz özümüz isə, ərzağı belə çox az istehsal edirik". 

04.09.2024 20:04
show 310