67f3fd61b4581202504252921

Bu kişi eyni anda 7 qadınla evlidir: gündə biri... - FOTO

Meksikalı sosial media fenomeni Alex Marin yeddi qadınla evli olduğunu bildirərək yenidən gündəmə gəlib. 
Qlobal.net xəbər verir ki, o, çoxarvadlı münasibətin ona özünəinam verdiyini və hər gün üçün fərqli həyat yoldaşının olmasının həyatı daha həyəcanlı etdiyini qeyd edib.
Marin ilk dəfə 2021-ci ildə üç qadınla eyni vaxtda evli olduğunu açıqlayaraq diqqət mərkəzinə düşmüşdü. Son açıqlamasında isə daha dörd qadının da ailəsinə qatıldığını bildirib.
Tijuanada yayımlanan "Rachis Carillo" adlı podkasta qatılan Marin, çoxarvadlı münasibətin bəzi çətinliklərini də gizlətməyib: "Hər zaman aralarından biri əsəbiləşir," – deyə o bildirib.
Marin, ikinci və üçüncü həyat yoldaşları kimi tanıtdığı Giselle Montes və Yamileth Ramirezin adlarını açıqlasa da, yeni evləndiyi digər dörd qadının kimliyini açıqlamayıb.
Sözügedən podkastın TikTok-da yayımlanan görüntüləri qısa müddətdə 7,5 milyondan çox baxış toplayaraq sosial mediada geniş rezonans doğurub.
.
07.04.2025 20:22
show 259