Bu kiçik canlı insan beyinini yeyir

Bu kiçik canlı insan beyinini yeyir, öldürür

İlk dəfə ABŞ-da rast gəlinən beyin yeyən amöb beyində infeksiyaya səbəb olur və adətən ölümlə nəticələnir.

 

Qlobal.net bildirir ki,xalq arasında beyin yeyən amöb kimi tanınır, lakin əsl adı “naegleria fowleri”dir.

 

Naegleria fowleri, şirin sularda rast gəlinən təkhüceyrəli amöba, beyində infeksiyaya səbəb olur və çox vaxt ölümcül olur. Bu infeksiya yalnız burun yolu ilə keçir və insandan insana yayılmır.

 

Amöbalar burun yoluyla daxil olub, qoxu siniri vasitəsilə beyinə və onurğa beyninə keçərək, Birincili Amebik Meningoensefalit (PAM) adlı ölümcül meningitə səbəb olurlar.

 

Simptomlara rinit, yüksək hərarət, ürəkbulanma, baş ağrısı və göz ağrısı daxildir. Qısa müddətdə şüur itkisi və koma ilə ölüm baş verir.

 

Beyin yeyən amöba insandan insana keçə bilən xəstəlik deyil. 

 

Beyin yeyən amöba burnunuza daxil olan çirkli su ilə ötürülür. Çox nadir hallarda başın qeyri-adekvat xlorlu üzgüçülük hovuzlarına batırılması və ya burnun amöblə çirklənmiş kran suyu ilə təmizlənməsi nəticəsində infeksiya baş verə bilər.

 

Səbinə

Qlobal.net

28.02.2025 19:50
show 77