Bu kənddə yaşamaq istəyənlərə hər ay 50 min dollar veriləcək – FOTO/VİDEO

Bu kənddə yaşamaq istəyənlərə hər ay 50 min dollar veriləcək – FOTO/VİDEO

İsveçrə dövləti bu kənddə ailəsi ilə qala bilənlərə hər ay 50 min dollar verir. Söhbət Ticino vadiləri arasında yerləşən Foroglio kəndindən gedir. 

Qlobal.net bildirir ki, bu barədə türkiyəli jurnalist Uğur Önver məlumat yayıb. 

O qeyd edib ki, sözügedən kənddə işıq, təbii olaraq internet, hətta kanalizasiya sistemi də yoxdur:

1738046107 923e2b72 1d55 4c79 8a7e 53eded419cf1 Bu kənddə yaşamaq istəyənlərə hər ay 50 min dollar veriləcək - FOTO/VİDEO

 

“Burada su ehtiyacınızı təbii qaynaqlardan əldə edə bilərsiniz. İsinmək üçün təxmin etdiyiniz kimi odunlardan istifadə edirsiniz. Kənddə ərzaq tədarükü həftədə bir dəfə helikopterlər vasitəsilə təmin olunur. Bu da hava yaxşıdırsa, belədir, əks halda, iki həftədən bir gələn qida yük maşınını gözləmək lazımdır. Qışda burada yaşamaq çox təhlükəlidir, çünki qar çox yağır və tufan riski var”.

1738046184 74b40af1 09d7 4cd0 b98d e463845c3798 Bu kənddə yaşamaq istəyənlərə hər ay 50 min dollar veriləcək - FOTO/VİDEO

 Jurnalist qeyd edib ki, normal şərtlərdə burada yaşayan ailələrin sayı 20-25 olur.  

Sözügedən məlumatların əks olunduğu videonu təqdim edirik:

 

 

Related Articles

Bir cavab yazın

Back to top button