22.09.2020
14:59

Bu ilki iPhone-lar necə adlanacaq?

Apple məhsulları barəsində dəfələrlə düzgün məlumat vermiş L0vetodream ləqəbli çinli insayder bu dəfə Apple şirkətinin yeni iPhone modellərinin hansı adlara sahib olacaqları barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən ən kompakt ölçüyə sahib olacaq bu ilki iPhone modeli iPhone 12 Mini adını əldə edəcək.

Standart model iPhone 12, digər modellər isə iPhone 12 Pro və iPhone 12 Pro Max adlarını əldə edəcəklər. Son məlumat sızıntılarına əsasən hər 4 iPhone 12 modeli gələn ay AirPods Studio professional qulaqlığı və AirTags axtarış trekeri ilə birlikdə təqdim olunacaq. Bu ilki iPhone modelləri 5G modem, alüminium və ya poladdan hazırlanmış gövdə, bir neçə arxa kamera və OLED ekranlar əldə etməlidirlər.
Qeyd etmək lazımdır ki, iPhone 12 seriyasında 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranları gözləmək lazım deyil. Bununla yanaşı məlumata əsasən yalnız kompakt ölçüyə sahib olacaq iPhone 12 Mini modeli ekran üzərində daha kiçik çıxıntı hissəyə sahib olacaq. Yerdə qalan iPhone 12 modellərinin ekranları üzərlərində olacaq çıxıntı hissənin ölçüsü isə iPhone 11 seriyasındakı kimi olacaq.

Loading...