Bu il Ramazan ayı nə vaxt girir?

Bu il Ramazan ayı nə vaxt girir?

Ramazan ayı İslam dinində ən müqəddəs və dəyərli aylardan biridir. Bu ayda müsəlmanlar oruc tutur, Allaha yaxınlaşmaq üçün ibadətlərini artırır və mənəvi saflığa nail olmağa çalışırlar.

Qlobal.net bildirir ki, Qurani-Kərim məhz Ramazan ayında nazil edilmişdir ki, bu da ayın dini əhəmiyyətini daha da artırır. Ramazan, səbrin, mərhəmətin və bağışlanmanın simvolu kimi qəbul edilir. Oruc tutmaq yalnız yemək və içməkdən çəkinmək deyil, həm də pis əməllərdən uzaqlaşmaq və mənəvi təmizliyə nail olmaq üçün bir vasitədir. Bu ayda zəkat və sədəqə vermək, ehtiyacı olanlara kömək etmək xüsusilə təşviq edilir. Ramazan ayı, müsəlmanlar üçün həm fərdi, həm də cəmiyyət səviyyəsində ruhani dirçəliş və birlik ayıdır.

Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. İlk Qədr (Əhya) gecəsi isə martın 18-i, digərləri martın 20-si, 22-si və 26-sı olacaq.


Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün - martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq.


Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Fatimə
Qlobal.net

09.01.2025 08:45
show 132