Bu il milyonçu olacaq bürclər - Cibləri pulla dolub-daşacaq
2023-cü ilin ikinci yarısında bəzi bürclər son şanslı olacaq.
Çox işləməklərinin və uğurlarının qarşılığını pul ilə alacaqlar.
Qazanclarını ikiyə qatlayacaqlar. Hətta qazandıqları bu pullar ilə yaxşı
investisiya da edə bilərlər. Qlobal.net həmin bürcləri təqdim edir. ŞİR -
Şirlər uzun müddətdir ki, maliyyə baxımından çətinliklər yaşayırlar.
Xüsusilə, son 2 ildə maddi cəhətdən sarsılan Şir bürcü bu il
gülümsəyəcək. Onlar bu il çox çalışacaq və çoxlu qazanc əldə edəcəklər.
Tezliklə zəhmətlərinin bəhrəsini görəcəklər. Lakin işdə həddindən artıq
iddialı olmaq və yanlız işlə məşğul olmaqdan yayınmalı, sağlamlığa da
önəm verməlidirlər. QIZ -
Qızlar üçün bu il gözlədiklərindən də yaxşı keçəcək. Bu il tez-tez
akademik işlərə yer verəcəklər. Yeni təlimlərə yazılaraq özlərini
inkişaf etdirə bilərlər. Bu ilin son rübü böyük ehtimalla Qız bürcləri
üçün şanslı olacaq. Özlərini təkmilləşdirmək üçün çox çalışacaqlar.
Qızlar bu il ən çox qazanan bürclər arasında olacaq. ƏQRƏB -
Əqrələr də bu il maliyyə cəhətdən də gülümsəyəcək. Əqrəb bürcü çox
çalışqan olur. O, həmişə iddialıdır. İllərdir zəhmətinin bəhrəsini ala
bilməyən Əqrəb bürcü üçün bu il çox yaxşı olacaq. Xüsusilə, bu ilin
ikinci yarısından etibarən çox qazanacaqlar. OXATAN –
Oxatanlar bu il çox xoşbəxt olacaq. Xüsusən də pul məsələsində onun çox
rahat olacaqlar. Ötən illərdə maddi sıxıntılar yaşayan Oxatan bürcü
nəhayət istədikləri rahatlığı tapacaqlar. Bu il ciddi qənaət edəcəklər.
Çox çalışan Oxatanlar bu il qazanclarını artırmağın xoşbəxtliyini
yaşayacaqlar. DOLÇA -
İyul ayında əlavə gəlir əldə edə biləcəklər. Dolçalar da bu il
qazanacaqları sayəsində uzunmüddətli investisiyalar edə biləcəklər. (bakupost.az)