Bu həftə varlanacaq bürclər – İş təklifi, pul…
Bu həftə iş həyatında üç bürcü uğur gözləyir. Astroloqlara görə, onlar bu həftə əldə edəcəkləri fürsətlər sayəsində öz maddi durumlarını yaxşılaşdıra biləcəklər.
Qlobal.net metbuat.az-a istinadən bildirir ki, həmin bürclər Balıqlar, Şir və Oxatan bürcləridir.
Balıqlar – üzərində çalışdığınız layihələrin təqdimatı üçün uyğun zamandır. Yox cavabı eşitməkdən çəkinməyin, maddi durumunuzu qaydasına salmaq üçün son şans ola bilər.
Şir – iş təklifləri ala bilərsiniz. Bu, sizə çoxdandır arzuladığınız maliyyə rahatlığını gətirəcək. Odur ki, doğru qərarlar vermək lazımdır.
Oxatan – iş həyatında uğurlu həftə gözlənilir. İş yoldaşlarınızla ünsiyyətə diqqət edin, işinizdə maneələrin yaranması planlarınızı suya düşürə bilər. Əldə edəcəyiniz məbləğləri planlı şəkildə xərcləməlisiniz.