bürc
Bu həftə üç bürc üçün bütün qapılar açılacaq

Astroloqların fikrincə bu həftə bəzi bürclər üçün çox uğurlu olacaq.

Qlobal.net metbuat.az-a istinadən həmin bürcləri təqdim edir:

Xərçənglər bu həftə karyeralarında sıçrayış edəcəklər. Rəhbərlik sizə yeni vəzifələr və ya yüksəlişə səbəb olacaq layihə təklif edəcək. İşiniz yüksək qiymətləndiriləcək və düzgün istiqamətdə getdiyinizi hiss edəcəksiniz. Şəxsi həyatınızda da sürprizlər gözlənilir. Münasibətləriniz yaxşılığa doğru dəyişəcək.

Tərəziləri şəxsi həyatlarında müsbət dəyişikliklər gözləyir. Gözlənilməz tanışlıq və ya mövcud münasibətlərdə yeni mərhələ olacaq. İş yerində uzun müddətdir sizi narahat edən çətin məsələni həll etmək imkanınız olacaq. Maliyyə baxımından da uğur gözlənilir. Əlavə qazanc əldə edəcəksiniz.

Dolçalara bu həftə xüsusilə iş və ya karyera sahəsində gözlənilməz fürsətlər gətirəcək. Peşəkar fəaliyyətləriniz üçün yeni üfüqlər açacaq mühüm sövdələşmə bağlayacaqsınız. Ailənizlə nəhayət ortaq dil tapacaqsınız və münasibətlərinizdə harmoniya olacaq. İdeyalarınız nəhayət dəstək tapacaq, ona görə də risk etməkdən qorxmayın.

23.09.2024 14:32
show 77