Bu gün vəfat edən Yadigar Muradov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bu gün aktyor, əməkdar artist Yadigar Muradov vəfat edib.
Qlobal.net bildirir ki, Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktoru idi.
2024-cü ilin yanvarında Yadigar Muradovun orqanizmində xərçəng xəstəliyi aşkarlanıb. Səhhətindəki ciddi pisləşmə səbəbindən o, 2025-ci il oktyabrın 4-də xəstəxanaya yerləşdirilib. Noyabrın 18-də müalicə aldığı xəstəxanada vəfat edib.
Ailəlidir, 3 oğlu var.
Mükafatları
21 dekabr 2018-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilmişdir.
8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
3 bacı (film, 2012-2014)(bədii serial) (rol: Allahverdi)
Oğlan evi
Axırıncı yol (film, 2016)
Fidan Məmmədli
Qlobal.net



