hərbçi

Bu gün vəfat edən hərbçimizin FOTOSU

"Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Faiq Akif oğlu Rüstəmovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib:

"Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir".

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Faiq Akif oğlu Rüstəmovun ölüm faktı əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra edilmişdir".

Bunu Oxu.Az-a açıqlamasında Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev deyib.

"Hazırda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır", - deyə Firad Əliyev bildirib.

Qlobal.net vəfat edən hərbçi Faiq Rüstəmovun fotosunu təqdim edir:


01.03.2025 21:35
show 274