Hamımızın Pul Ağacı kimi tanıdığı - Crassula bitkisi. Fen-şuy nəzəriyyəsinə görə evinizdə crassula bitkisi bəsləyirsinizsə, bu bitki sizə xoşbəxtlik, bərəkət və bolluq gətirir. Əgər bitkinin torpağına bir də xırda pul qoysanız bitki sahibinə pul və bərəkət olaraq geri qayıdacaqdır. Bitki böyüyüb pöhrələndikcə siz də varlanacaqsınız. Bu doğrudanda elədirmi?
Vətəni Afrika Crasula bitsinin yarpaqları qızıl pula bənzədildiyi
üçün ona pul ağacı deyirlər. Onun yarpaqlarının ətli olmaları var
dövlətin simvolu hesab edilir. Başqa sözlə, bu ağacın vəziyyəti ailənin
maddi vəziyyəti ilə birbaşa bağlıdır.
Həansı evdə bu bitki varsa, o evə pul və xoşbəxtlik gətirdiyinə inanlar
bu gün də var. Bu səbəblə onu xoşbəxtlik ağacı da adlandırırlar.
Fen-şuy nəzəriyyəsinə görə Krasullanın yarpaqları pul, gövdəsi isə ailə
büdcəsinin sinvoludur. Gövdə nə qədər qalın və yarpaqlar nə qədər
çoxdursa, maddi cəhətdən heç vaxt sıxıntınız olmayacaq. Hətta arzuladığı
pula çatmaq üçün onun gövdəsinə qırmızı lent bağlayanlar da var.
Nə qədər qəribə olsa da, bu ağacı almaq olmaz, ancaq özünüz yetişdirə
bilərsiniz. Bunu etmək üçün, pul ağacından qonşu və ya dostlarınızda
varsa, cücərtisini ala, yaxud sadəcə bir yarpağını qopardaraq, suda
saxlamaqla onu böyüdə bilərsiniz.
Nəysə, bu işin batil tərəfi. Buna inanlar da var, inanmayanlar da. Biz
isə keçək işin real tərəfi, bu bitkinin bizə verdiyi həqiqi faydalara.
Şans və bərəkət gətirməsindən başqa, crassula insan bədəninə və ruhuna müsbət enerji və tarazlıq təmin edən yağlar istehsal edir. pul ağacının yarpaqlarında çox miqdarda efir yağları var. Hətta kiçik bir pul ağacı bitkisi otağın havasını təmizləyə və ev sakinlərinin əsəblərini sakitləşdirə bilir. Bu bitkinin şirəsi güclü virusəleyhinə, iltihabəleyhinə xüsusiyyətlərə malikdir.Xalq təbabətində bu bitkidən bır sıra xəstəliklər zamanı istifadə edilir:
•Oynaq xəstəlikləri (artrit, artroz, podaqra);
•Mədə xorası və 12 barmaq bağırsağın xəstəlikləri;
•Varikoz;
•Revmatizm, 3-lü sinirin soyuqdəyməsi;
•Babasil;
Fen-şuy nəzəriyyəsinə görə Krasullanın yarpaqları pul, gövdəsi isə ailə
büdcəsinin sinvoludur. Gövdə nə qədər qalın və yarpaqlar nə qədər
çoxdursa, maddi cəhətdən heç vaxt sıxıntınız olmayacaq. Hətta arzuladığı
pula çatmaq üçün onun gövdəsinə qırmızı lent bağlayanlar da var.
•Herpes, angina;
•Döyənək, yanıq, kəsik, həşərat dişləməsi, əzələ dartılması və s.
Bu bitkidən əsasən xaricə tətbiq üçün bir sıra məlhəmlər, mazlar hazırlanır. Şirəsindən kompreslər edilir.
Orqanizmə xeyirindən əlavə bu bitkinin bir sıra yan təsirləri də
mövcuddur. Daxilə qəbul zamanı əks göstərişlər verə bilər. Ürəkbulanma,
qusma və qarın ağrısı, huşun itməsi ilə müşayiət olunan zəhərlənmə
yaşana bilər. Bütün hallarda bu tip bitkiləri istifadə etməzdən əvvəl
həkimlə məsləhətləşməyinizdə fayda var.
Bəs bu brəkət Bitkisi Necə Yetişdirilir?
Pul ağacı çox su istəyən bir bitki deyil. Çox su verdiyiniz təqdirdə
kökü sürətlə çürüməyə başlaya bilər. Suvarma zamanını anlamaq üçün
torpağına toxunun və quruduğunu gördükdə, zamanı gəlmiş deməkdir. Qışda
isə yalnız ərazinin rütubətli olmasına çalışın onun xaricində heç nə
etməyin.
Krasulla günəş şüalarını çox sevir, lakin həddi aşaraq, qızmar günəş
altına qoymaq lazım deyil. Bitki kifayət qədər günəş işığı aldıqda onun
yarpaqlarının kənarları qırmızı olacaq. Həddən çox işıqlandırma olduqda
isə yarpaqlar tündləşir.
Torpağı hər altı aydan bir dəyişmək tövsiyə olunur, bu zaman ağac kömürü
və ya kül əlavə etməniz yaxşı olardı. Drenaj təbəqəsi 4 sm-dən çox ola
bilməz. Torpaq qatışığının üçdə bir hissəsini kiçik çınqıl dənələri
təşkil etməlidir. Krasullanı yayda eyvana çıxarın. Yarpaqları nəm əsgi
ilə silməyiniz məsləhət olunur.
Crassula yarpaqları və gövdəsi bitki çoxaltmaq məqsədilə istifadə edilir. Dibçəkdə asanlıqla becərilən crassula bitkisi evinizə çox fərqli bir hava və enerji verir. Bundan başqa, bağınızda də yetişdirilə bilər.