647d7b19b6077202306230513
Bu gecəki qorxunc hadisə belə baş verib - Saat 01:00 radələrində... - TƏFƏRRÜAT
Saatlı şəhərində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Qlobal.net bizim.media-ya istinadən bildriir ki, hadisə 4 iyun, gecə saat 01:00 radələrində Saatlı şəhəri, Axundov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Nərimanzadə Kənan Ehtiram oğlu aralarında yaranmış mübahisə zamanı xalasının əri, 1978-ci il təvəllüdlü İsmayılov Elşad Tofiq oğlunu yaşadıqları evdə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Sərxoş olan E. İsmayılov hadisə yerində keçinib. Məlumata görə, K.Nərimanzadə uşaqlıqdan anasını itirdiyi üçün xalasının himayəsində yaşayıb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.

05.06.2023 10:04
show 6425