tolik

Bu FOTOya görə Tolikin səhifələri bağlandı

Ermənilər prodüser və aparıcı Tarix Əliyevin (Tolik) feysbuk səhifələrini şikayət ediblər.

Qlobal.net olay-a istinadən bildirir ki, bununla bağlı məşhur instaqram səhifəsində məlumat yayıb. 

Tolik buna səbəb kimi Xankəndidə abidə önündə çəkdirdiyi fotonun olduğunu bildirib:

"Xankəndidə heç vaxt olmamışdım. Orada olmaq arzum idi. Xankəndidə ermənilərin "Baba və nənə" abidəsi var. Hamımız onun qarşısında şəkil çəkdiririk, görsünlər ki, azərbaycanlılar gəliblər. Bu fotonu feysbukda paylaşmışam. Ermənilər kütləvi şəkildə şikayət etdikləri üçün 10 ilə yaxındır təsdiqlənmiş səhifəmi və 70 mindən çox olan fan səhifəmi bağlayıblar. Bunu görən kimi feysbuka məktub yazdım ki, heç bir qanun pozuntusu etməmişəm. Şirkətdən mənə apelyasiya şikayəti verməyi tövsiyə edirlər. Amma mən səhifəmə daxil ola bilmirəm ki, apelyasiya şikayəti verim. Düşünürəm ki, bəzi qurumlar bununla bağlı feysbuka məktub yazmalıdırlar".

10.09.2024 09:52
show 251