Bu ərazidə yaşayanların DİQQƏTİNƏ - Başladı... (VİDEO)
Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Xıdır Mustafayev küçələrinin əhatəsində yerləşən evlərin aqibəti bəlli olub.Belə ki, qəzalı vəziyyətdə olan bu evlərin hamsı söküləcək. Bu barədə “Xəzər Xəbər”ə ərazidə yaşayan sakinlər məlumat veriblər.
Ərazidəki
evlərlə yanaşı iaşə obyektləri də sökülərək yerində müasir tələblərə
uyğun binalar tikiləcək. Artıq ev və obyekt sahibləri ilə danışıqlara
başlanılıb.
Sakinlər bildirir ki, ərazidə tikinti işlərini həyata
keçirəcək şirkət sakinlərlə evlərinin müqabilində ev vəya kvadrat metrə
uyğun kompensasiya təklif edir.
Amma, hələki şirkətlə razılığa gəlməyənlərdə var.
Sakinlərin bildirdiyinə görə, ərazidəki evlər və iaşə obyektləri dekabr ayının sonuna kimi tam boşaldılmalıdır.
Yasamal
rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Bakı Şəhər İcra
Hakimiyyətinin müvafiq sərəncamı ilə ərazidə qeydə alınmış daşınmaz
əmlakların istifadəçiləri qarşılıqlı razılıq əsasında "Fəxri" MTK
tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi
üçün icarə əsasında həmin MTK-nın istifadəsinə ayrılıb. Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin başlanılmasına
icazə verilib. Hazırda şirkət tərəfindən ölçü və inventarlaşdırma işləri
aparılır, lakin köçürmə və söküntü işlərinə başlanılmayıb. Ərazidə
yerləşən tikililər əsasən köhnə tipli fərdi yaşayış evlərindən
ibarətdir.