Cəmiyyət
Bu ərazidə işıq olmayacaq

Bu gün Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qlobal.net bildirir ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3.2 mVA gücündə transformatorda təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Nərimankənd qəsəbəsi və Səmədabad kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.
Fidan Məmmədli
Qlobal.net



