Xırdalanda satışa çıxarılan evlərin sayı artıb.
Qlobal.net milli.az-a istinadla xəbər verir ki, bunu elan saytlarında da müşahidə etmək olar.
Xırdalan sakinləri deyir ki, əhalinin sayının sürətlə artması müəyyən problemlərə yol açıb. Onlar insanların evlərini sürətlə satdığını bildirirlər. Buna ilkin səbəb isə tıxac göstərilir.
Rieltor Məhərrəm Kazımov bildirib ki, burada evlər daha çox mərkəzdə satışa çıxarılıb. 3 otaqlı ev 140 kv ev 180-200 min arasında dəyişir.
Son 10 ildə bölgələrdən gələn şəxslər məhz Xırdalanda məskunlaşıb. Bu ərazidə alternativ yol olmadığından insanlar saatlarla tıxacda qalırlar.
Ekspert Elnur Azadov bildirib ki, əgər bu ərazidə tıxac problemi öz həllini tapmazsa, gələcəkdə bu evlərin qiyməti ucuzlaşacaq.