“Qazax istiqamətində sərhədlərin dəqiqləşdirilməsindən sonra ərazinin təhvil verilməsi prosesi üçün Ermənistana vaxt verilmişdi”.
Qlobal.net globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Neytral Zona” teleqram kanalı bildirib.
“Vaxt ermənilərin ərazidən köçməsi, alternativ yolların salınması və digər məsələlər üçün idi. Əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfi ərazinin tam nəzarətə götürülməsinə start verib”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, delimitasiya prosesinin qanuni tələbinə uyğun olaraq Qazax istiqamətində sərhədlər dəqiqləşdirilib, Kirants kəndi iki yerə bölünüb. Bir qədər əvvəl ermənilərin Kirants kəndində sərhəd divarı inşa etməsi ilə bağlı görüntüləri yaymışdıq.