Bu əlamətlər varsa, sizə CADU olunub
Əvvəlcə qeyd edək ki, özünü pis hiss edən insanı həkimə aparmadan və
ətraflı yoxlatmadan ona cadu olunduğunu düşünmək olmaz. Tibbi cəhətdən
heç bir problem olmadığı halda cadu, sehr, gözdəymə və s. olan adamın
sehrin növünə görə əlamətlərindən bəziləri aşağıdakılardır:
Ara vurma sehri. Bu ər-arvad, oğul-ata, dostlar, ortaqlar və sair
biri-biri ilə yaxın münasibətdə olanlar arasında baş verir. Əlamətləri;
gözlənilmədən məhəbbətin nifrətə çevrilməsi., şübhələrin artması,
qarşılıqlı etimadsızlıq, gərgin vəziyyəti daha da gərginləşdirməyə meyl,
qarşı tərəfin hər hərəkətlərini çirkin görmək, əks tərəfin olduğu
məkanda (məsələn, evdə) özünü narahat hiss edib ordan uzaqlaşdıqda hüzur
tapmaq. Ər-arvad arasındakı sehr nətıcəsində əks tərəfin iyrənc və
dəhşətli görsənməsi (qarabasmada olduğu kimi). Bir məsələ var ki, hər
söz-söhbət və ara dəymədə cadu əlaməti görmək də doğru deyil. Bütün
yuxarıda qeyd edilənlər adi narazıçılıq, nifrət, kində də özünü biruzə
verməkdədir. Hər halda bu təbii və adi hallar sehrdən öz qeyri adiliyi
və gözlənilmədən baş verməsi ilə seçilir.
Məhəbbət sehri. Bu qadını öz ərinə sevdirən sehrdir. Əlamətləri; adama
xanımına qarşı həddən artıq məhəbbət, ehtiras, onsuz ayrı qalmağın
mümkünsüzlüyü, onu görmə arzusu ilə həddən artıq emosional olmaq, ona
həddən artiq itaət göstərmək.
Xəyal gətirmə sehri. Əlamətləri - bu əsasən göz bağlayıcılıqla,
hipnnozla olur. Əşyaları həqiqətdən fərqli şəkildə görməsi, məsələn
böyüyü kiçik, sabit olanı hərəkətli görmək və sair.
Dəlilik sehri. Əlamətləri; diqqətsizlik, keylik, güclü unutqanlıq,
baxanda gözlərini bərəltmək, bir yerdə sakit durmamaq, öz xarici
görkəminə fikir verməmək. Xəstəlik şiddətləndikdə evdən çıxıb nə üçün,
hara getdiyini, nə etdiyini bilməmək.
Taqətsizləşdirmə sehri. Əlamətləri; təkliyi sevməyə başlamaq, təcrid, özünə qapanma, daimi susqunluq və baş ağrısı.
Qeybdən səs eşitmə sehri. Əlamətləri; yuxuda kiminsə onu çağırdığını
eşitmək, hündür yerdən düşdüyünü, vəhşi heyvanın onu qovduğunu və
bənzəri dəhşətli yuxular görmək. Oyaq ikən qulağa səs gəlməsi, kiminsə
çağırdığını zənn edib bu səbəbdən ora-bura baxmaq, dost və yaxınlardan
şübhələnmək.
Xəstələndirmə sehri. Əlamətləri: bədən üzvündən birinin daima ağrıması,
özündən getmə, bədən üzvlərindən birinin iflic olması, hissiyyat
üzvlərindən birinin sıradan çıxması.
Qadınlarda ay halının uzanması sehri. Əlamətləri: bu qadınlarda ay
halından qeyri-vaxtda, tibbi olmayıb qadın orqanları ilə əlaqəli
xəstəliklərin nəticəsində qanaxmanın olması. Bu aylarla davam edə bilər.
Qanın miqdarı az da ola bilər, çox da.
Bağlama (evlənməyə mane olma) sehri. Bu məsələdə şeytanlar iki yoldan
istifadə edir. 1. Qız onu istəyən hər kəsi rədd edir. 2. Şeytan qızı
görən hər kəsə onu eybəcər göstərib çəkindirir. Əlamətləri; tibbi
dərmanlarla getməyən gah tutub, gah buraxan baş ağrıları, axşam çağından
gecə yarısına qədər davam edən güclü təngənəfəslik, nişanlısını çirkin
görkəmli görmək, yuxuda narahatlıq, bəzən mədədə kəskin ağrı hiss etmək,
fəqərə sütununun aşağı hissəsində ağrı hiss etmək. (zikr.az)