649076ff3a537202306234047
"Bu eksperti bir də efirə dəvət etməyin" - Amil Xəlil çağırış etdi (VİDEO)

Aparıcı Amil Xəlil canlı efir zamanı həmkarlarına çağırış edib.

Qlobal.net xəbər verir ki, o, aparıcısı olduğu "Gəl, danış" proqramında kultroloq Aydınxan Əbilovu bir daha efirə dəvət etməyəcəyini deyib.

Daha sonra Amil, "Özünə hörmət qoyan aparıcı Aydınxan Əbilovu verilişinə dəvət etməz", - sözlərini söyləyib:

"O, aparıcılarla bağlı bir status yazıb. Guya ki, biz buna yalvarırıq ki, efirə gəl... Əvvəl mənə dedi ki, sənə aidiyyəti yoxdur.

Sonra dedi ki, sənə də aidiyyəti ola bilər.

Mən şəxsən Aydınxan Əbilovu verilişimə çağırmayacağam. Özünə hörmət edən normal aparıcı da onu verilişinə çağırmasın. Adam gəlir burada camaatın üstünə çıxır. Sonra da deyir ki, "Mənim üstümə qışqırırlar...". (metbuat.az)


19.06.2023 19:40
show 2303