Renault 5-in Fransadakı uğurundan təsirlənən Citroen klassik 2CV modelini elektrikli olaraq yenidən bazara təqdim etməyə hazırlaşır.
Qlobal.net bildirir ki, Renault 5-in tamamilə elektrikli bir şəhər avtomobili olaraq geri dönüşü, digər istehsalçıların da marağını oyatdı. Belə ki, əvvəllər Citroen 2CV modelini yenidən istehsal etməyi planlamadıqlarını açıqlamışdı, amma bu qərarından geri çəkildi.
2CV-nin yenidən bazara çıxarılması üçün ilkin dizayn işlərinin başladığı yüksək səviyyəli bir rəhbər tərəfindən təsdiqlənib. Lakin layihə hələ erkən mərhələdə olduğu üçün yaxın zamanda yeni Citroen 2CV-ni görməyimiz çox mümkün olmaya bilər.
Bəs Citroen-in qərarını dəyişdirməsinə nə səbəb oldu? Bu il Türkiyədə də satışa çıxarılması planlanan yeni Renault 5-in Fransada böyük maraq görməsi, Citroen-in bu fikri yenidən gözdən keçirməsinə səbəb olub. Keçən ay Fransada 9973 ədəd Renault 5 satılıb. Bu da Citroen e-C3-dən 1721 ədəd daha çox satıldığını göstərir.
Yeni 2CV-nin, Renault 5-dən fərqli olaraq, orijinal modelin dizaynına daha yaxın olması gözlənilir. Orijinal 2CV-nin fəlsəfəsi olan sadəlik və əlverişli qiymət, yeni modelin inkişafında əsas meyarlar olacaq. Yeni modelin Stellantis qrupunun maliyyətləri azaltmağa yönəlik Smart Car platformasından istifadə etməsi ehtimal olunur.
Yeni modelin buraxılış tarixi hələ müəyyən edilməyib, amma tipik bir inkişaf dövrü nəzərə alınarsa, 2028-ci ildə təqdim edilməsi gözlənilir. Bu il həmçinin orijinal 2CV-nin bazara təqdim edilməsinin 80-ci ildönümünə təsadüf edir.
Murad
Qlobal.net