Bu deputatın evindən 10 milyon oğurlandı
Rusiyada 6-cı çağırış Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatının evindən 10 milyon rubl oğurlanıb.
Qlobal.net bildirir ki, qarətçilər Mixail Poqorelovun xaricə getməsini (BƏƏ-də qızına baş çəkmək üçün) gözləyib və Kuyalovodakı daçaya giriblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları quldurların birinci mərtəbədəki pəncərəni zorla açaraq binaya daxil ola bildiklərini müəyyən ediblər. Ümumi zərərin 10 milyon rubl olduğu qiymətləndirilir və oğurluq maddəsi ilə cinayət işi açılıb.
Fidan
Qlobal.net