19.01.2022
22:26
133

Bu dəfə tərbiyəçi döyüldü

Loading...

Bakıda uşaq evində insident yaşanıb.


Lent.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.


Məlumata görə, hadisə paytaxtın Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Burada köməkçi işləyən 40 yaşlı G. Nağıyeva valideyn tərəfindən döyülüb.


Hadisənin hansı səbəbdən baş verməsi hələlik bilinmir.


Bu hadisə ilə bağlı araşdırmalar başladılıb.


Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. O sosial şəbəkələrdə tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdar olduqlarını bildirib:


"Həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq".


Loading...