Türkiyə Prezidentini təqlid etməyi ilə gündəmə gələn sosial şəbəkə fenomeni Məhəmməd Nur Nahya Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Sosial şəbəkədə görüşün videogörüntüləri yayılıb.
Videoda Prezident Ərdoğanın onu təqlid edən Nahyaya gülməməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, M.Nahya sosial platformalarda Türkiyə Prezidentinin səsini təqlid etdiyi videolar çəkmişdi. Onun ötən il dövlət başçısının adından bir vətəndaşa telefonla zəng edərək zarafatlaşması gündəm olmuşdu. (qafqazinfo)