natiq

Bu da Xalq artistinin türkiyəli kürəkəni - FOTO

Xalq artisti Natiq Şirinov türkiyəli kürəkəni Semihlə bağlı paylaşım edib. 

Qlobal.net xəbər verir ki, nağara ifaçısı ailəsi ilə birlikdə kürəkəninin ad gününü təbrik edib. 

Musiqiçi birlikdə olan şəkillərinə "Semih, oğlum, ad günün mübarək" qısa şərhini yazıb. 

Qeyd edək ki, Semil N.Şirinovun qızı Sevillə ailəlidir. Musiqiçinin daha bir qız və oğul övladı var.  


01.05.2025 15:00
show 13