66c2e04820f49202408240352
Bu da Tünzalənin dəbdəbəli villası - VİDEO

Xalq artisti Tünzalə Ağayeva bir müddət əvvəl köçdüyü lüks villasını nümayiş edib.

Qlobal.net xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşım edib.

Malikanəsindən yayımladığı görüntülərdə T.Ağayevanın ağ və açıq boz çalarlarından ibarət böyük mətbəxi və eyni zamanda geniş, işıqlı və nəfis tərtibatda hazırlnan qarderob otağı əks olunub.

Qarderob otağında yer alan saysız-hesabsız səhnə və gündəlik geyimlər eyni zamanda ayaqqabılar və aksesuarlar diqqətdən qaçmayıb. (olay.az)

19.08.2024 10:01
show 337