64e36b20bf23a202308234816
Bu da Pərvin Abıyevanın lüks VİLLASI - FOTO

Aktrisa Pərvin Abıyeva ilk dəfə dəbdəbəli bağ evini nümayiş etdirib.

Qlobal.net bizim.media-ya istinadən bildriir ki, sənətçi lüks villasının önündə çəkdirdiyi bir-birindən cazibədar fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Şəkillərdə Abıyeva sinə dekolteli üzəri kiçik güllərlə bəzədilmiş ağ qısa libasda cazibədar pozları ilə əks olunub.
Paylaşıma Pərvin "Qadınların heç vaxt bağışlamayacağı 5 şey: 1. Aldanmaq, 2. Rüsvay olmaq, 3. Hörmətsizlik, 4. Çətin zamanlarda tək qalmaq, 5. Sahib olmamaq" sözlərini yazıb.
Qeyd edək ki, "bahalı qızam" açıqlaması ilə gündəmə damğa vuran Pərvin Abıyeva bir neçə ay əvvəl özünə 650 minlik lüks avtomobil alıb. 





21.08.2023 17:46
show 466