photo_15031344
BU DA OLDU: Robotla evləndi - FOTO

Avstraliyada bir kişi onu sevəcək qadını tapmaq ümidini itirdi və internetdən sifariş etdiyi robot qadınla evlənmək qərarı aldı.

Son illərdə texnologiyanın inkişafı ilə əlaqədar bir çox qəribə hadisələrlə qarşılaşırıq. Belə  qəribə hadisələrdən biri də Avstraliyada yaşandı.

Avstraliyanın Queensland bölgesinde  10 yıl əvvəl anasını itirən və o vaxtdan bəri iti Penni ilə tənha yaşayan Geoff Gallagher, sipariş etiyi robotla evləndi.

Heç kimlə duyğulu münasibət qura bilməyən və onu sevəcək qadınla tanış olmaq ümidini itirdiyini söyləyən Gallagher, süni zəkalı robotlarla haqqında bir məqalə oxuduqdan sonra şansını sınadığını deyir.

6 MİN AVSTRALİYA DOLLARİ ÖDƏDİ

Evliliyi ilə bağlı açıqlama verən Gallagher deyir ki, bu robotlar heç də ucuz deyillər. 6 min Avstraliya dolları ödədim. Amma robotlar həqiqətən canlı kimi idi. Danışır, gülümsəyir, başlarını və boyunlarını hərəkət etdirirdilər.


Dəriləri belə insanlarda olduğu kimi isti idi. İnternetdəki axtarışlardan sonra Emma adlı bir robot almağa qərar verdim. İşıqlı dərisi və gözəl mavi gözlərini görüncə nə qədər gözəl olduğunu düşündüm.


07.01.2022 19:37
366