Şou-biznes

Bu da Naibə Allahverdiyevanın qızı – FOTO

Xalq artisti Naibə Allahverdiyeva qızı Məryəmi ərə vermək istəyir.

Qlobal.net xəbər verir ki, aktrisa bu haqda “Günə uğurla” proqramında danışıb. N.Allahverdiyeva bildirib ki, övladı ailə qurmaq istəmir: “Qızımın 28 yaşı var. Bilmək olmaz sabah başıma nə gələcək. Nəvə istəyirəm, qızıma deyirəm ki, tərpən. İndikilər fərqlidir, nə ailə qurmaq istəyir, nə də bir şey. Allah heç bir qadını tənha etməsin. Cavandırlar, başa düşmürlər. Müəyyən yaşdan sonra insan psixologiyası pozulur. Qadın nə qədər pul qazansa da, kişinin evə gətirdiyi qədər bərəkətli deyil”.

 

N.Allahverdiyeva qalmaqal yaşadığı və ayrıldığı ikinci həyat yoldaşı haqda suala əsəbiləşib: “O kitabı bağladım, getdi. Əsəb keçirdirəm. İllər ərzində çox şey uduzdum. Qaranlıq dünya idi, elə bil qazamatda idim. Dəhşətli bir şeydir. Sevgi əvvəl olub, sonra yox. İkinci ailəm idi: qınaqlara tuş gəldim, dedilər, artistdir, ona nə var… İstədiyim həyatı yaşaya bilmirəm. İnsanlara elə gəlir ki, biz azadıq, keflə yaşayırıq. Amma yox. Ayağını hara qoyursansa, hamının gözü səndədir: həms evilirik, həm söyülürük, həm də təhqir olunuruq”.

Related Articles

Bir cavab yazın

Back to top button