photo_45359795

Bu balıq 146 min dollara satıldı

Yaponiyada Sakit okean mavi üzgəcli tuna balığı 16,9 milyon yenə (146 497, 65 dollar) satılıb.


Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Aomori əyalətinin sahillərində tutulan 211 kiloqramlıq nəhəng balıq Tokiodakı Toyosu topdansatış bazarında ənənəvi Yeni il hərracında satılıb.


Nəhəng tuna balığını Yamayuki şirkətinin köməyi ilə “Onodera Group” restoranlar şəbəkəsi alıb.


Bu balıqdan hazırlanan suşi yalnız Yaponiyada deyil, şirkətin Nyu-York və Şanxaydakı bütün restoranlarında da müştərilərə təklif olunur.

14.01.2022 13:41
show 434