644e07461e2b2202304231430
Bu azərbaycanlı məşhurlar Rusiyada "qara siyahı"ya salındı - FOTO

Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənov və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayeva vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakı iddialarına görə yoxlanılacaq.

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, onların adı Rusiyanın Daxili İşlər Nazirliyinin tərtib etdiyi "qara siyahı"ya salınıb.

Hüseyn və Samirə ilə yanaşı siyahıda Daria Zoteeva (İnstasamka), Yeqor Krid, Aleksandra Mitroşina, Lerçek, Yelena Blinovskaya kimi blogerlərin adı yer alıb. Həmçinin, buraya Oksana Samoylova, Dina Saeva, Viktoriya Bonya, Nadine Serovski, Anastasiya Mironova, Yekaterina Usmanova və Veronika Xatskeviç kimi şəxslərin adı da daxildir.

Əlavə olunub ki, martda A.Mitroşinaya qarşı 120 milyon rubl məbləğində vergi ödəmədiyinə görə cinayət işi başlanıb. Lakin o, apreldə borcunu ödəyib və bundan sonra onun adı "qara siyahı"dan çıxarılıb.

Qeyd edək ki, bundan əvvəl məşhur rus bloger Yelena Blinovskaya saxlanılaraq barəsində ev dustaqlığı qərarı verilib.


30.04.2023 10:13
show 1275