63c7e106b48c7202301230734

Bu avtomobil sahiblərinə ŞAD XƏBƏR - Yanvarın 21-dən...

Sığorta şirkətlərinin iş həcmi kiçik olan avtomobilləri sığortalamaqdan imtina etməsi bir sıra maşın sahiblərinə problem yaratmışdı. Belə ki, taksi fəaliyyəti və digər xidmət göstərən avtomobil sahibləri maşınlarını sığorta etdirə bilmirdi.

Sürücülər sığorta şirkətlərinə müraciət etsələr də, onlara müxtəlif bahələr göstərək mənfi cavab verirdilər.
İş yerə çatmışdı ki, minlərlə sürücü avtomobilinə sığorta şəhadətnaməsi ala bilmirdi. Lakin bu problem görünür öz həllini tapmaq üzrədir. Belə ki, Azərbaycanda sığorta xidmətlərinə əlçatanlığın təmin olunması və sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı addımlar atılıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görülüb.
Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinliklə üzləşmədən sığortalana biləcək.
Məlumatda bildirilir ki, hər bir sahədə olduğu kimi, sığorta sektorunda da xidmətlərin elektronlaşması müasir dövrün başlıca çağırışlarındandır. Bu reallığa əsaslanaraq atılmış müvafiq addım da sığorta proseslərinin elektronlaşmasının təkmilləşdirilməsi ilə müştəri məmnuniyyətinin təmin olunmasına və sığorta xidmətlərinin inkişafına hesablanıb.
Tədbirlər onu deməyə əsas verir ki, 21 yanvar tairixəndən etibarən bütün avtomobillər, o cümlədən iş həcmi kiçik olan avtomobil sahibləri rahat və onlayn şəkildə sığorta şəhadətnaməsi ala biləcək. Bununla da minlərlə sürücü, taksi fəaliyyəti göstərən və digər xidmət sektorunda çalışan şəxslər avtomobillərini sığortalaya biləcək.

18.01.2023 16:06
show 1162