dərman

Bu antibiotiklər barədə ölümcül xəbərdarlıq! - Satışdan yığışdırılır

Türkiyədə geniş istifadə edilən antibiotiklərdən biri olan "Bactrim"lə bağlı ciddi xəbərdarlıq edilib.

Qlobal.net xəbər verir ki, bu barədə bir sıra araşdırmalar aparılıb.

Araşdırmalar göstərir ki, "Bactrim" ağciyər problemləri kimi ciddi yan təsirlərə səbəb ola bilər və ölümlə nəticələnə bilər. Bu tədqiqatlardan sonra ABŞ Qida və Dərman Administrasiyası (FDA) da dərmanın prospektinə xəbərdarlıq əlavə edilməsini istəyib.

Başda orta qulaq infeksiyaları, sinə, sidik yolları və mədə infeksiyaları başda olmaqla bir çox bakterial infeksiyanın müalicəsində dünya səviyyəsində istifadə edilən "Bactrim" Türkiyədə də tez-tez seçilir. Ancaq son araşdırmalar göstərib ki, bu antibiotik bəzi hallarda ölümlə nəticələnə biləcək ciddi yan təsirlərə səbəb ola bilər.

Qeyd edək ki, "Bactrim" hər il təxminən 3 milyon amerikalı tərəfindən müxtəlif bakterial infeksiyaların müalicəsi üçün istifadə olunur. (yenisabah.az)


01.02.2025 11:04
show 140