"Bu, Ağadadaşa qarşı qurulmuş ssenaridir" - "MedEra"ya ŞOK İTTİHAMLAR
“Ağdadaş müəllimlə hələ ki, əlaqə saxlaya bilməmişəm. Çünki
telefonları bağlı idi. Amma özünün verdiyi açıqlamada şükür ki, səsi
yaxşı gəlirdi”. Bunu Bakupost.az -a açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Xalq artisti Ağdadaş Ağayevin döyülməsi haqda danışarkən deyib.
O, bu hadisənin vəhşilik olduğunu bildirib: “Görüntülərə
baxmışam, bu, bir vəhşilikdir. Günün günorta çağı hospitalın qarşısında
belə bir vəhşilik baş verir. O görüntülərdən dəhşətə gəldim. Elə bil bu
adam faşistdir. Hospitalın ətrafında olan işçilərinin də biganəliyini
gördüm. O hücum edən mühafizəçini saxlamaqları da yalançı idi. Sonra onu
buraxırlar, mühafizəçi gəlir yerdə uzanmış, köməksiz, çarəsiz bir
adamın başına təpik, yumruq vurur. Azərbaycanda belə faşistlərin
olduğunu güman etməzdim. Ağadadaş birinci davadan sonra ordan aralanır,
amma mühafizəçi yenidən faşistcəsinə onun üstünə gedir, təzədən onu yerə
yıxır, təpikləyir, guya bunu tutanların əlindən çıxır”. B.Vəziroğlu
yaşlı, onkoloji xəstə olan Xalq artistinin insanların gözü qarşısında
vəhşicəsinə döyülməsinin yolverilməz olduğunu deyib: “Hamı
hospitala dərdini götürüb gedir ki, orda şəfa tapsın. Hospitaldakılar
da elə bil ölüb. Yaxında olanlar da yalandan harayçılıq edirlər. Mən
orda olsaydım, deyərdim ki, yerə yıxılmış adamın meyitinin üstündən də
keçin”. Şair hüquq-mühafizə orqanlarının icazəsi olmadan hospitalın kamera görüntülərini yaymasının qanunsuz olduğunu da deyib: “Bu
ssenarini hospitaldakı adamlar qurub. O kamera görüntülərini
hüquq-mühafizə orqanlarının icazəsi olmadan yaymaq olmaz. Bu
görüntülərin yayılması biabırçılıqdır. Onun yayılması Ağadadaş müəllimə
görün, nə qədər mənəvi zərbə vurub. Məndə elə bir təəssürat yarandı ki,
sanki Ağadadaş müəllimin yerinə döyülən mənəm. Ona görə də mütləq
cinayət işində bütün bunlar araşdırılmalıdır. Onu da deyim ki, dəfələrlə
mətbuatda o klinikanın adının neqativ hallandığını eşitmişəm". B.Vəziroğlu hospitalın öz mühafizəçisindən imtina etdiyini də diqqətə çəkib: “Onların
bütün fırıldağı burda bilinir. Deyirlər ki, o, bizim işçi deyil. Necə
sizin işçi deyil ki, hospitalın qapısında durur. Yəqin ki, onunla əmək
müqaviləsi bağlamayıblar, qanunsuz işləyir və ona görə də imtina
edirlər. Ancaq özlərini müdafiə etməklə məşğuldurlar. Bütün bunlar
hamısı qurulmuş ssenaridir”. B.Vəziroğlu deyib ki, Ağadadaş Ağayev həqiqətən də kimisə öldürmək istəsəydi, baltanı uzaqdan atmazdı: “Bunlar
hamısı fırıldaqdı, heç kimə balta dəyməyib. Ağadadaş əgər bir ssenari
qurub, gəlib kimisə öldürmək istəsəydi, baltanı niyə 50 metrdən
tullayırdı? Affekt vəziyyətində olub, əlinə də balta keçdiyi üçün onu
tullayıb. Ağadadaşı 50 ildir ki, tanıyıram, bütün məclislərdə sözü çəp
gələn adamları barışdıran adamdır. Deyirlər ki, içki içib yıxılıb. Bu,
ola bilməz, o adam gecə-gündüz dərman qəbul edir. Dərman içən adam necə
içki qəbul edə bilər axı...”