Bruselyoz eyniadlı bakteriyanın törətdiyi yoluxucu xəstəlikdir.
Qlobal.net bildirir ki, Bruselyoz
bakteriyasının müxtəlif növləri var. İnsanlara yoluxan və xəstəliyə səbəb olan
bruselyoz bakteriyaları keçi, mal-qara və qoyunlardan gəlir. Bu heyvanlardan
başqa it, dəvə, inək və donuzlarda da brusellyoza rast gəlinir.
Kipr atəşi, Malta qızdırması, qaya qızdırması, dalğalı qızdırma kimi də
tanınan bruselyoz xəstəliyi bütün dünyada görülür. Xəstəliyə daha çox Şərqi
Avropa, Afrika və Asiyada rast gəlinir.
Bruselyozun ən çox yayılmış yolu çiy və ya bişmiş ət istehlak etmək, çiy
süd istehlak etmək və çiy süddən hazırlanmış süd-pendir məhsullarından istifadə
etməkdir.
Xəstə heyvanla təmas zamanı insan dərisindəki yaralar vasitəsilə
bakteriyaların insanlara keçməsi, bruselyoz bakteriyaları ətraf mühitdən tənəffüs
yolu ilə bədənə daxil olur (bu tip çirklənmə adətən kəsimxana, ferma və
laboratoriya kimi mühitlərdə işləyən insanlarda müşahidə olunur), Yoluxmuş
heyvanın nəcisi ilə təmasda olmaqla.
Bruselyoz simptomları çox vaxt qrip əlamətlərinə bənzəyir. Bu simptomlar
bakterial infeksiyadan sonra 5-30 gün ərzində görünür. İlk simptomlar:
Yüksək hərarət, öskürək, Zəiflik, Mədə ağrısı, İştahsızlıq və kilo itkisi,
baş ağrısı, Xüsusilə gecə tərləmələri, Bədən və oynaq ağrıları, Bel ağrısıdır.
Bruselyoz xəstəliyinin müalicəsində antibiotiklərdən istifadə olunur və adətən
6-8 həftə davam edir. Bəzi hallarda müalicə müddəti uzadıla bilər. Xəstəlik
davamlıdır və müalicədən sonra təkrarlanma ehtimalı 5-15% arasındadır. Təkrarlanma
6 ay ərzində baş verə bilər. Erkən müalicə vacibdir, amma bəzi hallarda müalicə
aylarla davam edə bilər. Bruselyozun ölümlə nəticələnməsi nadirdir.
Səbinə
Qlobal.net