photo_74055007

Britni Spirs menecerlərini onu öldürmək cəhdində ittiham edir

Amerikalı pop müğənni Britni Spirs “Tri-Star Sports & Entertainment Group” biznes konsaltinq firmasının rəhbəri Lu Teylor və onun keçmiş meneceri Robin Qrinhilli qətlə cəhddə ittiham edib.

Sənətçi bu barədə “Instagram” hesabında sonradan sildiyi yeni paylaşımında məlumat verib.

Spirsin dediyinə görə, hər iki qadının atası Ceymi Spirslə əlbir olub. “Düşünürəm ki, onlar məni öldürməyə çalışıblar... Bu günə qədər də inanıram: məhz belə etməyə çalışıblar... amma mənə heç nə olmayıb, ölməmişəm! Onların mənə etdiklərinə başqa heç kim sağ qalmazdı! Mən bunların hamısını yaşadım və hamısını xatırlayıram!” – 40 yaşlı məşhur yazıb.

Spirs öz yazısında menecerləri məhkəməyə verəcəyinə söz verib.

Mənbə: lenta.ru

25.02.2022 10:37
show 272