18.04.2021
23:22
123

Britaniyanın hərbi gəmiləri Qara dənizə daxil olacaq

Loading...
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) aid olan iki gəmi Qara dəniz sularına daxil olacaq.

“The Times” nəşrinin məlumatına görə, bu, may ayında baş verəcək.

Sözügedən addımın Ukraynaya dəstək məqsədilə atıldığı bildirilir.

Hazırda gəmilərin Aralıq dənizində olduğu və tezliklə HDQ aviadaşıyıcı zərbə qrupundan ayrılaraq, Qara dənizə istiqamətlənəcəyi qeyd olunur. Bosfor boğazı vasitəsilə Qara dənizə daxil olacaq gəmiləri göyərtəsində F-35B qırıcılarını daşıyan və Aralıq dənizində qalan “Kraliça Yelizaveta” aviadaşıyıcısı qoruyacaq. oxu.az

Loading...