640385e4eb49b202303235444
“Bravo”dakı silahlı insidenti törədənlərdən biri saxlanıldı, digəri məhv edildi

Bu gün Xətai rayonu ərazisində “Bravo” hipermarketdə silahlı insident törədməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb.

Qlobal.net xəbər verir ki, polisə silahlı müqavimət göstərən bir nəfər isə məhv edilib.

DİN-dən saytımıza bildirilib ki, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

04.03.2023 21:54
show 849