Şou-biznes
Böyük bəstəkarın kantatasını ağzını əyərək oxuya bilməzsən – Ülvi Qılıncdan Sevda Ələkbərzadəyə SƏRT SÖZLƏR

Opera ifaçısı Ülvi Qılınc Əməkdar artist Sevda Ələkbərzadənin ifa tərzini sərt tənqid edib.
Qlobal.net xəbər verir ki, ifaçı bildirib ki, özbaşına Fikrət Əmirov kimi böyük bəstəkarın kantatasını ağzını əyərək oxuya bilməzsən.
“Sənin haqqın yoxdur. Nə yazıbsa bəstəkar nota not oxumalısan. Sən yeni nəsə gətirə bilərsən. amma ağzını əyə-əyə oxumağa ixtiyarın yoxdur. Caz başqadır, kantatanı əymək başqa. Kim caz oxumaq istəyirsə, getsin cazını oxusun, naz oxumaq istəyirsə, nazını oxusun. Fikrət Əmirova toxunmasınlar. Başqa xalqların musiqisini öz milli sərvətimizin içinə soxaraq piyar qazanmasınlar. F. Əmirov yetərincə dünya şöhrətli bəstəkardır.
Посмотреть эту публикацию в Instagram